İsrail desantı Dəməşqin ətrafında | VİDEO
“Reydin məqsədləri və nəticələri hələlik məlum deyil. Suriya hərbçiləri daha əvvəl bölgədə mənşəyi məlum olmayan dinləmə cihazları və müşahidə kameraları aşkarlayıblar”, - “Suriya TV” telekanalı bildirib.
Qısa müddətdən sonra İsrail Əl-Kisvaya hava zərbəsi endirib, nəticədə ölən və yaralananlar var.
“Sham TV” telekanalı isə, öz növbəsində, İsrail Hərbi Hava qüvvələrinə məxsus döyüş təyyarələrinin Əl-Kisva bölgəsində Suriya hərbçilərinin qərargahına hücum etdiyi barədə məlumat yayıb.
Xəbərdə İsrail aviasiyasının Suriyanın yerdəki hədəflərinə azı 6 raket zərbəsi endirdiyi bildirilir. Dəməşqin yaxınlığındakı Cəbəl əl-Mania dağındakı hərbi obyektə də zərbə endirilib, hava hücumunun nəticələri barədə hələlik dəqiq məlumat yoxdur.
Avqustun 26-da isə İsrailə məxsus PUA-nın Dəməşqin yaxınlığındakı Harcal qəsəbəsində yerləşən Suriya qüvvələrinin düşərgəsinə hücumu nəticəsində 6 əsgər həlak olub.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


